Milli Portuqaliya ilə oyunun hakimini tanıdı

İdman

23.10.2024 15:38

2777

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.

TodayPress xəbər verir ki, oktyabrın 25-də Bakıda baş tutacaq görüşü Almaniyadan olan Fabienne Michel idarə edəcək. 

Baş hakimin köməkçiləri almaniyalı Melissa Joos və Avstriyadan olan Amina Sarah Gutschi olacaq.

Dördüncü hakim funksiyasını Almaniyadan olan Karoline Wacker yerinə yetirəcək. 

Namiq HUN

tag: Azərbaycan, Melissa Joos, Amina Sarah Gutschi, Almaniya, Qadın Futbolçular, todaypress.az,