Milli “play-off”a qələbə ilə başladı

İdman

05.06.2024 21:06

Minifutbol üzrə Azərbaycan yığma komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

TodayPress xəbər verir ki, qrupda maksimal nəticə göstərərək “play-off” mərhələsinə adlayan milli komandamızın rəqibi Bolqarıstan yığması olub.

Komandamız Ramiz Çovdarovun erkən qolu ilə hesabda irəli çıxsa da, rəqib fasiləyə qədər bərabərliyə nail olub, 1:1. İkinci hissə isə millimizin tam üstünlüyü şəraitində keçib. Əvvəlcə Təmkin Xəlilzadə, daha sonra isə Rəvan Kərimovun qolları ilə millimiz rəqibi 3:1 hesabı ilə məğlub edərək ¼ finala yüksəlib. Yarımfinala aparan yolda millimizin rəqibi Qazaxıstan seçməsi olacaq.

 

Namiq HUN

tag: Minifutbol, Bosniya və Herseqovina, Avropa çempionatı, Milli komanda, todaypress.az,