Milli Mingəçevir reqatasının ilk günündə 7 medal qazandı
Avarçəkmə üzrə "Mingəçevir Reqatası-2024" beynəlxalq turniri davam edir.
TodayPress xəbər verir ki, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən reqatanın ilk günündə komandamız 7 medal qazanıb.
1500 m məsafəyə akademik avarçəkmə yarışında Nurlan Paşayev qızıl, Cagangir Məmmədli gümüş, Məhəmməd Niftullayev bürünc medal qazanıb.
Cavid Vəlizadə 1 nəfərlik kanoe qayığında 1000 m məsafəyə yarışda üçüncü yer tutub.
Qeyd edək ki, daha əvvəl Amil Ramazanov finiş xəttinə hamıdan tez çatıb. O, 500 m məsafəyə kayak yarışında birinci olub.
Bu növdə Əlimurad Hacızadənin qazancı gümüş medal olub. Niyaz Məlikov - Elvin Əliyev cütlüyü isə bürünc mükafat əldə edib.
Namiq HUN
tag: Avarçəkmə,Mingəçevir Reqatası-2024,Turnir,İdmançı,Todaypress.az,