Milli Millətlər Liqasındakı rəqiblərini tanıdı

İdman

07.11.2024 18:37

Qadın futbolçulardan ibarət milli komandalar arasında UEFA Millətlər Liqasının 2025-ci il mövsümünün püşkü atılıb.

TodayPress xəbər verir ki, C liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri məlum olub.

Püşk zamanı birinci səbətdə yer alan millimiz 4-cü qrupda Monteneqro və Litvaya rəqib olub.

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə 2025-ci ilin fevralında start veriləcək.

Namiq HUN

tag: Qadın Futbolçular, UEFA, Liqa, Litva, Monteneqro, todaypress.az,