Milli liqalar FIFA-nı məhkəməyə verdi

İdman

15.10.2024 15:53

Avropanın 37 milli futbol liqası Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) ilə birlikdə FIFA-dan Avropa Məhkəməsinə şikayət edib.

TodayPress xəbər verir ki, səbəb olaraq ali futbol qurumunun oyunların sayını artırmaq üçün verdiyi birtərəfli qərarlar göstərilib. 

Şikayət ərizəsində FIFA-nın turnir təşkilatçısı kimi səlahiyyətlərindən sui-istifadə etdiyi və futbolçuların rifahı ilə maraqlanmadığı iddia olunub.

Milli futbol liqalarının və FIFPro-nun əsas məqsədi futbolçuları ildə üç-dörd həftəlik məcburi istirahətə göndərməkdir.

Namiq HUN

tag: FIFA, Avropa, Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası ,Sui Qəsd ,todaypress.az,