Milli komandanın heyəti açıqlandı
İdman
08.11.2024 14:38
Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti məlum olub.
TodayPress xəbər verir ki, millinin baş məşqçisi Fernandu Santuş komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
1 Nicat Mehbalıyev “Sabah”
2 Rza Cəfərov “Neftçi”
3 Aydın Bayramov “Zirə”
4 Abbas Hüseynov “Qarabağ”
5 Amin Seydiyev “Sabah”
6 Rahil Məmmədov “Radomiak Radom” (Polşa)
7 Bəhlul Mustafazadə “Qarabağ”
8 Zamiq Əliyev “Eqnatia” (Albaniya)
9 Bədavi Hüseynov “Qarabağ”
10 Anton Krivotsyuk “Daejeon Hana Siti” (Cənubi Koreya)
11 Elvin Cəfərquliyev “Qarabağ”
12 Coşqun Diniyev “Bandırmaspor” (Türkiyə)
13 Aleksey İsayev “Qarabağ”
14 Xəyal Nəcəfov “Turan Tovuz”
15 Ceyhun Nuriyev “Zirə”
16 Mustafa Əhmədzadə “Araz-Naxçıvan”
17 Səbuhi Abdullazadə “Sumqayıt”
18 Emin Mahmudov “Neftçi”
19 Toral Bayramov “Qarabağ”
20 Ozan Can Kökçü HJK (Finlandiya)
21 Rüstəm Əhmədzadə “Zirə”
22 Ramil Şeydayev “Neftçi”
23 Mahir Emreli “Nürnberq” (Almaniya)
24 Nəriman Axundzadə “Qarabağ”
Milli komanda Qəbələdə hazırlıq keçəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə qarşılaşacaq.
Milli komanda noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsinin qonağı olacaq.
Namiq HUN
tag: Azərbaycan, UEFA,Milli, Neftçi, Qarabağ, todaypress.az,