Milli komandamız multi-idman yarışında

İdman

23.10.2024 13:45

Azərbaycan idmançıları Bəhreyn Krallığının Manama şəhərində keçiriləcək Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında iştirak edəcək. 

TodayPress xəbər verir ki, oktyabrın 31-dək davam edəcək yarışda ölkəmizi məktəb və orta ixtisas təhsil müəssisələrində təhsil alan 18 yaşadək 160 idmançı təmsil edəcək. 

Qeyd edək ki, 71 ölkənin iştirak edəcəyi yarışda Azərbaycan idmançıları 16 idman növündə mübarizə aparacaqlar. 

Ölkəmiz bu yarışlarda aerobika gimnastikası, bədii gimnastika, idman gimnastikası, badminton, boks, kamandan oxatma, güləş, tennis, taekvondo, stolüstü tennis, qılıncoynatma, şahmat, cüdo, paracüdo, üzgüçülük və paraüzgüçülük idman növləri üzrə təmsil olunacaq.

Namiq HUN

tag: Azərbaycan, Yarış, Manama,Tennis, Şahmat, Güləş, todaypress.az,