Milli komanda yarışında Avropada 14-cü oldu
Xorvatiyada 10 m məsafədən güllə atıcılığı üzrə gənclərin Avropa çempionatı davam edir.
TodayPress xəbər verir ki, Osiyek turnirinin növbəti günü qarışıq komanda yarışları baş tutub.
Azərbaycanın iki dueti Avropa çempionatının mükafatları uğrunda mübarizə aparıb.
Sofiya Barkalova ilə Hacı Musayev 562 xalla 14-cü olublar. Leyli Əliyeva və Vladislav Kalmıkov dueti isə 561 xalla 15-ci yeri tutub.
Qeyd edək ki, bu növdə İtaliya dueti Alessandra Fait və Françesko Rutiqliani Avropa çempionu adını qazanıblar.
Namiq HUN
tag: Xorvatiya,Atıcılıq,Avropa,Çempionat,Todaypress.az,