Milli komanda namizədlər arasındadır

İdman

25.12.2024 15:21

Futbol üzrə Azərbaycan yığma komandası Rusiya ilə yoldaşlıq oyunu keçirə bilər.

TodayPress xəbər verir ki, beynəlxalq yarışlardan kənarlaşdırılan rusiyalı futbolçularla görüş 2025-ci ilin mart və ya iyun ayında baş tuta bilər. 

Azərbaycan millisi Rusiyanın qarşılaşmaq istədiyi 24 mümkün rəqibdən biridir. 

Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov gələn ilin ilk yarısında Avropa yığmaları ilə qarşılaşacaqlarını bildirib: 

“Mart və iyunda yoldaşlıq oyunları keçirməyi planlaşdırırıq. Söhbət o cümlədən də Avropa komandaları ilə görüşlərdən gedir”.

Qeyd edək ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsindən sonra mart və iyun aylarında rəsmi matç keçirməyəcək komandalar müəyyənləşib. 24 yığma ilin ilk yarısında yoldaşlıq matçları ilə kifayətlənəcək. Azərbaycan millisi də bu siyahıdadır.

Millimiz payızda start götürəcək seçmə mərhələdə Fransa - Xorvatiya cütünün qalibi, İslandiya və Ukrayna ilə qarşılaşacaq.

Namiq HUN

tag: Azərbaycan, Milli ,Yığma, Fransa ,Xorvatiya, todaypress.az,