Milli komanda mundialın bürünc medalı uğrunda yarışacaq
İdman
10.10.2024 13:07
Minifutbol üzrə Azərbaycanın U-23 millisi dünya çempionatında yarımfinal oyununa çıxıb.
TodayPress xəbər verir ki, komandamız Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan turnirin yarımfinalında Çexiya millisi ilə qarşılaşıb.
Millimiz mundialın qrup mərhələsində 0:2 hesabı ilə uduzduğu rəqibdən revanş ala bilməyib.
Çexiya yığma komandası bu dəfə 4:1 hesabı ilə qalib gələrək turnirin finalına çıxıb. Yığmamız bürünc medal uğrunda Slovakiya – Serbiya cütünün məğlubu ilə mübarizə aparacaq.
Namiq HUN