Milli komanda ilk matçında məğlub oldu
İdman
07.10.2024 18:10
Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən dünya çempionatına məğlubiyyətlə başlayıb.
TodayPress xəbər verir ki, milli komanda I turda Serbiyanın U-23 yığması ilə qarşılaşıb.
Görüş rəqib komandanın 5:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində yeganə qolu Ziya Məmmədli vurub.
Qeyd edək ki, millimiz dünya çempionatında ikinci oyununu oktyabrın 8-də Hindistan yığmasına qarşı keçirəcək.
Namiq HUN
tag: Minifutbol,U-23,Xorvatiya,Ziya Məmmədli,Serbiya,todaypress.az,