Milli komanda FIFA reytinqində gerilədi

İdman

19.09.2024 12:45

FIFA milli komandaların sentyabr ayına olan reytinq siyahısını açıqlayıb. 

TodayPress xəbər verir ki, Azərbaycan millisi FIFA reytinqində iki pillə geriləyib.

Yığma komanda sentyabr ayı üçün açıqlanan reytinq siyahısında 1173,15 xalla 113-cü pillədə qərarlaşıb.

Namiq HUN

tag: FIFA ,Azərbaycan ,Reytinq ,Siyahı ,Milli Komanda, todaypress.az,