Milli komanda dünya turunda 12-cidir

İdman

03.09.2024 13:50

Cüdo üzrə dünya turu mövsümünün statistikası açıqlanıb. 

TodayPress xəbər verir ki, Azərbaycan millisi hazırda 25 medalla (3 qızıl, 10 gümüş və 12 bürünc) 12-ci yerdədir.

Cüdo yığmamız tur sıralamasında Türkiyə, Cənubi Koreya, Braziliya, Niderland və Qazaxıstan kimi ölkələri qabaqlayır.

Yaponiya 17 qızıl, 9 gümüş və 24 bürünc medalla dünya turunun lideridir. Fransa (15-11-12) ikinci, neytral idmançılar (14-8-20) üçüncü yeri tutur.

Qeyd edək ki, dünya turuna “Böyük dəbilqə”, qran-pri və “Masters” turnirləri daxildir.

Namiq HUN

tag: Cüdo, Azərbaycan, Türkiyə, Cənubi Koreya, Braziliya ,todaypress.az,