Milli komanda “Antalya Open Cup”da 10 medal qazandı
İdman
09.12.2024 16:52
Muay-tay üzrə Azərbaycan yığma komandası Türkiyədə ənənəvi keçirilən “Antalya Open Cup”da çıxış edib.
TodayPress xəbər verir ki, millimiz yarışı 3 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vurub.
“Antalya Open Cup”ın baş mükafatı Necati Əliyev (58 kq), Rəvan Əhmədov (38 kq) və Məhəmməd Əmrəliyevin (81 kq) aktivindədir.
İzzət Həsənov (57 kq), Sadiq Ağayev (75 kq) və Tünzalə Əliyeva (54 kq) turnirin gümüş medalları ilə kifayətlənib. Hüseyn Hüseynli (51 kq), Kənan Hüseynov (63,5 kq), Səməndər İsgəndərov (86 kq) və Aysu İslamova (48 kq) isə 3-cü yeri tutublar.
Azərbaycan yığma komandası medal sayına görə 28 ölkə arasında 5-ci olub.
Namiq HUN
tag: Milli ,Yarış ,Gümüş ,Qızıl,todaypress.az,