Milli Kampala turnirində medallarını sıralayır

İdman

07.10.2024 12:40

Badmintonçularımız "International" seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıblar.

TodayPress xəbər verir ki, Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "Uganda International Series 2024" turnirində yarımfinala qədər irəliləyən Era Maftuha yarışı üçüncü sırada bitirib. 

Era Uqanda, Birləşmiş Ərəb Əmirlikləri və Maldivi təmsil edən rəqiblərini məğlub edərək qadınların şəxsi yarışında bu uğura imza atıb. Maftuha finalın bir addımlığında, sonradan turnirin qalibi olan Malayziya təmsilçisi Loh Zhi Veiyə 3 setin tamamında məğlub olub.

Kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov və Diki Pangestu Malta, Şotlandiya və İtaliyanı təmsil edən badmintonçuları mübarizədən kənarlaşdırmağı bacarıb. Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Aqil və Diki dueti burada hər iki setdə hindistanlı rəqiblərinə uduzub.

Namiq HUN

tag: Uqanda ,Maldiv ,Badminton ,Aqil Qəbilov ,Bürünc Medal ,İtaliya ,todaypress.az,