Milli iki məğlubiyyətlə qrup sonuncusu oldu

İdman

30.11.2024 09:11

Azərbaycanın 16 yaşadək voleybolçu oğlanlardan ibarət yığma komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında qrup mərhələsində son görüşünü keçirib.

TodayPress xəbər verir ki, B qrupunda yer alan millimiz Estoniya və Latviya yığmasına qarşı mübarizə aparıb.

Hər iki görüşdə 0:3 hesabı ilə məğlub olan komandamız bu gün 5-ci yer uğrunda A qrupunun üçüncüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, Estoniya, Latviya, Gürcüstan, Ukrayna və Polşa komandaları iştirak edir.

Seçim xarakteri daşıyan turnirin qalibi birbaşa 2025-ci il Avropa çempionatına vəsiqə əldə edəcək.

Namiq HUN

tag: EEVZA, Estoniya, Azərbaycan,Ukrayna, Polşa, todaypress.az,