Milli Hindistan yığmasını darmadağın etdi
İdman
09.10.2024 09:11
Azərbaycanın minifutbol üzrə U-23 milli komandası Xorvatiyada keçirilən dünya çempionatında ikinci oyununa çıxıb.
TodayPress xəbər verir ki, Malıy Loşin turnirinin II turunda millimizin rəqibi Hindistan yığma komandası olub.
Matç Rəcəb Fərəczadənin rəhbərlik etdiyi komandanın 16:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycanın minifutbol üzrə U-23 milli komandası ilk oyunda Serbiyanın U-23 yığmasına 1:5 hesabı ilə uduzub.
Millimiz mundialın III turunda Çexiya yığma komandası ilə qarşılaşcaq.
Namiq HUN
tag: Minifutbol,Xorvatiya,Milli,Çexiya,Todaypress.az,