Milli “Fujairah Open” turnirində 6 medal qazandı
Taekvondo üzrə Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Fujairah Open” beynəlxalq turniri Azərbaycan idmançıları üçün uğurlu olub.
TodayPress xəbər verir ki, taekvondo üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvləri “Fujairah Open” beynəlxalq turnirin 2 qızıl, 1 gümüş və 3 bürünc medalını qazanıblar.
Turnirin baş mükafatı Elmira Bayrak (41kq) və Fuad Həsənovun ( +65) aktivindədir. Yalnız finalda məğlub alan Fidan Muxtarzadə (29 kq) gümüş medala layiq görülüb. Mədinə Aslanlı (29 kq), Rüqəyya Əliyeva (33 kq) və Elmir Səlimov (53 kq) isə turnirin bürünc medallarına sahib çıxıblar.
Namiq HUN
tag: İdman,Taekvondo ,BƏƏ,Fujairah Open,todaypress.az,