Milli FIFA reytinqində mövqeyini qorudu
İdman
18.07.2024 14:10
FIFA milli komandaların reytinq siyahısını açıqlayıb.
TodayPress xəbər verir ki, Azərbaycan millisinin mövqeyi dəyişməyib. Komandamız 1179.88 xalla 111-ci pillədəki yerini qoruyub.
Reytinq cədvəlinin ilk 3 pilləsində dəyişiklik olub. Son dünya çempionu və Amerika Kubokunun qalibi Argentina seçməsi 1901.48 xalla siyahıya başçılıq edir. “Albiselesta”nı 1854,91 xalla Fransa izləyir. İlk üçlüyü son Avropa çempionu İspaniya komandası tamamlayır. Aktivində 1729,92 xalı olan “Qırmızı furiya” 5 pillə irəliləyib.
Avropa çempionatının finalçısı İngiltərə yığması 1812,26 xalla 4-cü yerə yüksəlib.
Namiq HUN
tag: FIFA, Reytinq, Fransa, Amerika, İspaniya, İngiltərə, todaypress.az,