Milli FIFA reytinqində gerilədi
İdman
24.10.2024 14:05
Azərbaycan millisi FIFA reytinqində beş pillə geriləyib.
TodayPress xəbər verir ki, ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Azərbaycan yığma komandası hazırda 1161.8 xalla 118-cidir.
Qeyd edək ki, FIFA reytinqinə 1883,5 xalla dünya çempionu Argentina başçılıq edir. Fransa 1859,85 xalla ikincidir. İlk üçlüyü 1844,33 xalla İspaniya təşkil edir.
Namiq HUN
tag: Azərbaycan, FIFA, Reytinq, Argentina, İspaniya, todaypress.az,