Milli FIFA reytinqində gerilədi

İdman

03.04.2025 13:15

821

Milli komandaların FIFA reytinqi açıqlanıb.   

TodayPress xəbər verir ki, Azərbaycan yığması 2025-ci ilin ilk cədvəlində 119-cu pillədə qərarlaşıb. 

Hesabında 1150,64 xalı olan baş məşqçi Fernandu Santuşun komandası ötən siyahı ilə müqayisədə 2 pillə geriləyib.

Yığmamız 8,06 xal itirib. 

Buna martda keçirilən yoldaşlıq oyunları səbəb olub.

Millimiz evdə Haitiyə (0:3) və Belarusa (0:2) uduzub. 

Qeyd edək ki, FIFA reytinqinə 1886,16 xalla Argentina komandası başçılıq edir.   

Namiq HUN

tag: Azərbaycan,Futbol,Milli,Komanda,Todaypress.az,