Milli FIBA reytinqində irəlilədi

İdman

01.04.2025 17:09

1855

Kişi basketbolçulardan ibarət milli komandaların FIBA reytinqi açıqlanıb.   

TodayPress xəbər verir ki, Azərbaycan yığma komandası 75,9 xalla 110-cu pillədə məskunlaşıb.   

Millimiz ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib. Hesabat dövründə heç bir görüş keçirməyən komandamız ötən cədvəldə də eyni irəliləyişə nail olmuşdu. 

Tahir Baxşıyevin yetirmələri Avropa ölkələri arasında 44-cüdür. 

Qeyd edək ki, FIBA reytinqinə 840,1 xalla ABŞ başcılıq edir.   

Namiq HUN

tag: Azərbaycan,Basketbol,Milli,Komanda,Todaypress.az,