Milli dünya çempionatında 14-cü yer tutdu
Çinin Usi şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyi başa çatıb.
TodayPress xəbər verir ki, mundialın son yarış günündə gənc şpaqaçıların komanda yarışında qaliblər müəyyənləşib.
Heyəti Aynur Quliyeva, Xədicə Həsənli, Nəzrin Mehdiyeva və Nazilə Rəhimovadan ibarət kollektiv qız şpaqaçıların komanda yarışında 14-cü olub. Yaponiya yığmasına (34:33) qalib gələn şpaqaçılarımız ən güclü səkkizliyə vəsiqə uğrunda keçirilən görüşdə Çin seçməsinə (38:45) məğlub olub.
Komandamız 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Estoniya yığmasına (31:45) uduzub, Misir yığmasını (45:44) yensə də, İspaniya millisini (27:45) ram edə bilməyərək 14-cü yerlə kifayətlənib.
Səid Əliyev, Vahab Fətullayev, Mirxətai Məmmədov və Emin Səfərbəyovdan ibarət komandamız isə ilk görüşdə Belçika yığmasına (45:37) qalib gəlib. Millimiz ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən qarşılaşmada Almaniya komandasına (26:45) uduzub. Komandamız ümumi sıralamada 31-ci olub.
Namiq HUN
tag: Qılıncoynatma ,Yeniyetmə,Gənclər,Qalib,todaypress.az,