Milli DÇ-2027-nin hazırlığına başladı
İdman
09.11.2024 17:40
Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
TodayPress xəbər verir ki, baş məşqçi Tahir Baxşıyevin sərəncamında 21 backetbolçu var.
Heyətdə İspaniyanın “Ucam Mursiya” klubundan Cordan Devis və Yaponiyanın “Osaka Evessa”sında oynayan İan Hummer də yer alıblar.
Milli komanda noyabrın 11-də dünya çempionatının ilkin təsnifat mərhələsində İrlandiya və İsveçrə ilə matçların hazırlığına başlayacaq.
Noyabrın 18-də hazırlıqları başa vuracaq yığmamız ertəsi gün İrlandiya ilə oyun üçün bu ölkəyə yollanacaq.
Milli komanda noyabrın 24-də isə Bakıda İsveçrə komandasını qəbul edəcək.
Qeyd edək ki, seçmə mərhələyə İsveçrəyə (53:72) məğlubiyyətlə başlayan millimiz daha sonra Kosovoya (87:77) qalib gəlib.
Namiq HUN
tag: Basketbol, Milli komando, Dünya Çempionatı, İdman, todaypress.az,