Milli daha bir rəqibini tanıdı
Futbol üzrə Azərbaycan yığma komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
TodayPress xəbər verir ki, millimiz Haiti yığması ilə qarşılaşacaq.
Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, millimiz ilk yoldaşlıq görüşünü martın 25-də Belarus yığmasına qarşı keçirəcək.
Millimiz həmçinin yoxlama oyunları çərmivəsində iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə qarşılaşacaq.
Namiq HUN
tag: Futbol, Azərbaycan, AFFA, Liqa, todaypress.az,