Milli Avropa çempionatında mübarizəni dayandırdı
İdman
30.10.2024 09:44
Qadın futbolçulardan ibarət Azərbaycan yığma komandası Avro-2025-in pley-off mərhələsində növbəti oyununu keçirib.
TodayPress xəbər verir ki, millimiz Portuqaliya yığması ilə cavab oyununa çıxıb.
Bakıda keçirilən ilk oyunda 1:4 hesabı ilə uduzan yığmamız növbəti mərhələ vəzifəsinin öhdəsindən gələ bilməyib. Vizela qarşılaşmasında meydan sahibləri 4:0 hesablı qələbə qazanıblar. Diana Silvanın dubl etdiyi matçda Dolores Silva və Fatima Pinto hərəyə bir qol vurublar.
Namiq HUN
tag: Azərbaycan, Qadın Futbolçular, Portuqaliya, Diana Silva, todaypress.az,