Milli Avropa çempionatında mərhələ adladı
İdman
27.01.2025 09:28
19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının qrup qalibi kimi əsas mərhələyə vəsiqə qazanıb.
TodayPress xəbər verir ki, B qrupunda yer alan millimiz təsnifat mərhələsinin son turunda San Marino komandası ilə görüşüb.
Yerli komanda ilə Serravalle qarşılaşması 2:2 hesabı ilə başa çatıb.
Nəticədə daha əvvəl Kosovo yığmasına 4:1 hesabı ilə qalib gələn U-19 millisi qrup birincisi kimi əsas mərhələyə vəsiqə qazanıb.
Namiq HUN
tag: Futbolçu,Yığma,Azərbaycan,U-19,Todaypress.az,