Milli Avropa çempionatında ilk oyununu keçirəcək
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığma komandası bu gün Avropa çempionatının ilkin mərhələsində ilk oyununa çıxacaq.
TodayPress xəbər verir ki, B qrupunda yer alan millimiz Kosovo yığması ilə qarşılaşacaq.
San Marino qarşılaşması saat 21:00-da start götürəcək.
Qeyd edək ki, U-19 qitə çempionatında ikinci görüşünü yanvarın 26-da San Marino yığmasına qarşı keçirəcək.
Qrup qalibi əsas mərhələyə vəsiqə qazanacaq.
Namiq HUN
tag: U19,Azərbaycan Millisi,Futzal,İdman,Avropa çempionatı,todaypress.az,