Milli Avropa çempionatına məğlubiyyətlə başladı

İdman

13.11.2024 16:20

1514

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.

TodayPress xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv İslandiya ilə qarşılaşıb.

Moldovanın paytaxtı Kişinyovda keçirilən matç rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-19 noyabrın 16-da İrlandiya, bundan üç gün sonra isə meydan sahibləri ilə görüşəcək.

Namiq HUN

tag: Azərbaycan, Milli, Məğlubiyyət, İrlandiya, Moldova, todaypress.az,