Milli 3 qızıl medalı əldən versə də, titulunu qorudu
İdman
08.07.2024 10:04
Serbiyada keçirilən güləş üzrə U-20 Avropa çempionatı başa çatıb.
TodayPress xəbər verir ki, yarışın son günündə 3 sərbəst güləşçimiz baş mükafat uğrunda mübarizə aparıb.
Camal Abbasov (61 kq) həlledici görüşdə Andrey Midlovetsə (AİN) 1:6 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.
Sadiq Mustafazadə (86 kq) finalda İbraqim Kadiyevə (AİN) 1:9 hesabı ilə uduzaraq qızıl medal şansını qaçırıb.
92 kq-da yarışan Anar Cəfərli Mustafaqadji Malaxdibirova (AİN) 2:12 hesabı ilə uduzaraq yarışı ikinci pillədə başa vurub.
Yusif Dursunov (125 kq) isə üçüncü yer uğrunda yarışda ukraynalı İvan Miroşniçenkoya 3:2 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.
Ümumi hesabda sərbəst güləş yığmamız Avropa çempionatını 1 qızıl, 4 gümüş və 1 bürünc medalla başa vurub. 132 xal toplayan Azərbaycan komandası növbəti dəfə Avropa çempionu olub. Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub.
Namiq HUN
tag: Qızıl Medal, Sadiq Mustafazadə, Anar Cəfərli, Yusif Dursunov,Camal Abbasov, todaypress.az,