Milli 18 medalla Böyük İpək Yolu turnirini qazandı

İdman

16.04.2025 11:24

12

Boks üzrə Böyük İpək Yolu beynəlxalq turnirinin qalibləri müəyyənləşib.   

TodayPress xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan final döyüşlərində yığmamızın heyətində Zeynəb Rəhimova (52 kq), Aynur Rzayeva (+81 kq), Sübhan Məmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Nəbi İsgəndərov (67 kq), Seidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (92 kq) turnirin qızıl medallarına sahib olublar. 

Murad Abdullayevlə (80 kq), Məhəmməd Abdullayev (+92 kq) və Marjona Savriyeva (50 kq) isə yalnız həlledici görüşdə uduzaraq gümüş medalla kifayətləniblər.   

Digər boksçularımızdan Şamil Əsgərov, Tağı Nəsibov, Ruslan Rüstəmov, Məmməd Quliyev, Anaxanım İsmayılova, Bəhriyyə İbrahimova və Aynur Mikayılova turnirin bürünc medallarına layiq görülüblər.   

Millimiz 8 qızıl, 3 gümüş və 7 bürünc medalla komanda hesabında birinci yeri tutub və Böyük İpək Yolu kubokuna yiyələnib. İlk üçlüyü Rusiya (6-10-3) və Qazaxıstan (4-2-12) tamamlayıb.   

Namiq HUN

tag: Milli Komanda,Boks,Turnir,Medal,Todaypress.az,