Millətlər Liqasında millidən ardıcıl ikinci məğlubiyyət

İdman

09.09.2024 09:38

Azərbaycan yığma komandası UEFA Millətlər Liqasınının nıvbəti oyununda Slovakiyaya məğlub olub.

TodayPress xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.

“Koşitse Futbol Arenası”nda keçirilən qarşılaşmada qolları Ondrey Duda və David Strelets vurublar. 

Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk oyununda İsveçə 1:3 hesabı ilə uduzmuşdu.

Namiq HUN

tag: Azərbaycan, UEFA,Liqa, Ondrey Duda, Slovakiya, todaypress.az,