Millətlər Liqası: İtaliya səfərdə Fransanı məğlub etdi
İdman
07.09.2024 09:24
UEFA Millətlər Liqasında 2024-2025 mövsümünün oyunları keçirilib.
TodayPress xəbər verir ki, ikinci oyun gününün mərkəzi matçı Fransada baş tutub.
İtaliya yığması Paris qarşılaşmasında qələbə qazanıb. Fransalılar 1-ci dəqiqədə Barkola ilə hesabı açsalar da, sonradan qapılarından 3 top buraxıblar. Qonağların heyətində Dimarko, Frattezi və Raspadori fərqlənib.
Nəticədə "Skaudra Azzurra" 16 ildən sonra Fransaya qalib gəlib.
Qeyd edək ki, Türkiyə yığması turnirə heç-heçə ilə start verib. "Ay-ulduzlular"ın Uelslə səfər qarşılaşmasında qapılara qol vurulmayıb.
Namiq HUN
tag: Fransa, İtaliya ,Paris, Dimarko, Frattezi, Raspadori, todaypress.az,