Millətlər Liqası: Azərbaycan Slovakiyaya məğlub oldu- YENİLƏNDİ
İdman
14.10.2024 22:08
Futbol üzrə Azərbaycan yığma komandası növbəti oyununa çıxıb.
TodayPress xəbər verir ki, millimiz Millətlər Liqasında C Liqasının I qrupunun IV turunda Slovakiya komandası ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda hesabı birinci qonaqlar açıblar. Matçın 15-ci dəqiqəsində sol cinahdan qapı ağzına ötürməni zərərsizləşdirmək istəyən Rahil Məmmədov avtoqol müəllifi olub 1:0.
Millimiz 38-ci dəqiqədə oyunda status-kvonu bərpa edib. Toral Bayramov Şeydayevin qapı ağzına asmasından sonra başla topu Marek Rodakın qoruduğu qapıdan keçirib 1:1.
Qarşılıqlı hücumlarla keçən ikinci hissənin 70-ci dəqiqəsindən sonra komandamız meydanda azlıqda mübarizəni davam etdirməli olub. Referi kobud oyuna görə Mahir Emrelini ikici sarı vərəqə ilə cəzalandırıb.
Rəqib məlum say üstünlüyündən artıq 75-ci dəqiqədə fərqlənməyə müvəffəq olub. Lukaş Haraslinin qapının uzaq doqquzluğuna vurduğu top Mehdi Cənnətov üçün əlçatmaz olub 2:1.
Oyunda hesab bir daha matçın 86-cı dəqiqəsində dəyişib. David Düriş Cənnətovla təkbətək epizodda qol şansını qaçırmayıb 3:1.
İlk üç görüşün hamısında uduzan Fernandu Santuşun yetirmələri uğursuz seriyanı Slovakiya ilə dueldə də qıra bimədi.
Qeyd edək ki, millimiz növbəti oyununu noyabrın 16-da Estoniyaya qarşı keçirəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.
****
20:57
Futbol üzrə Azərbaycan yığma komandası növbəti oyununa
çıxıb.
TodayPress xəbər verir ki,
millimiz Millətlər Liqasında C Liqasının I qrupunun IV turunda Slovakiya
komandası ilə qarşılaşır.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən
matçın birinci hissəsi 1:1-lik bərabərliklə başa çatıb. Oyunda hesabı birinci
qonaqlar açıblar. Matçın 15-ci dəqiqəsində sol cinahdan qapı ağzına ötürməni zərərsizləşdirmək
istəyən Rahil Məmmədov avtoqol müəllifi olub 1:0.
Millimiz 21-ci dəqiqədə oyunda status-kvonu bərpa edə
bilərdi. Topal Bayamovun zərbəsindən son Marek Rodak qolkiper komandasını real
qoldan qurtarıb.
Bayramov qol istəyini yalnız qarşılaşmanın 38-ci dəqiqəsində
reallaşdıra bilib. Toral, Şeydayevin qapı ağzına asmasından sonra başla topu
Rodakın qoruduğu qapıdan keçirib. Və komandalar fasiləyə 1:1 hesablı bərabərliklə
yollanıblar.
Namiq HUN
tag: Milli, Futbol, Slovakiya, Azərbaycan, todaypress.az,