Millətlər Liqası: Azərbaycan Slovakiyanı qəbul edəcək
İdman
14.10.2024 10:50
Futbol üzrə Azərbaycan yığma komandası bu gün növbəti oyununa çıxacaq.
TodayPress xəbər verir ki, millimiz Millətlər Liqasında C Liqasının I qrupunun IV turunda Slovakiya komandası ilə qarşılaşacaq.
İlk üç görüşün hamısında uduzan Fernandu Santuşun yetirmələri uğursuz seriyanı Slovakiya ilə dueldə qırmağa çalışacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü norveçli referi Rohit Saqqi idarə edəcək.
Azərbaycan – Slovakiya matçı saat 20:00-da başlayacaq.
Namiq HUN
tag: Azərbaycan ,Fernandu Santuş,Tofiq Bəhramov Adına Respublika Stadionu,Rohit Saqqi ,todaypress.az,