Milito doğma klubuna qayıtdı
“İnter”in və Argentina millisinin əfsanəvi hücumçusu Dieqo Milito yerli “Racinq” klubunun yeni prezidenti seçilib.
TodayPress xəbər verir ki, səsvermədə keçmiş futbolçu seçicilərin səs çoxluğunu qazanaraq hazırkı prezidentin 11 illik hakimiyyətinə son qoyub.
Dieqo dekabrın 19-da, yeni assambleyanın formalaşacağı zaman işə başlayacaq.
“Biz indi ən böyük prioritetlərimiz üzərində işləməyə başlayacağıq” Milito deyib.
Xatırladaq ki, forvard futbolçu karyerası ərzində klub səviyyəsində 612 oyun keçirib. Dieqo ümumilikdə 253 qol vurub və 66 məhsuldar ötürmə edib.
Milito Argentinanın “Rasinq”, İtaliyanın “Cenoa”, “İnter” və İspaniyanın “Saraqosa” klubunda oynayıb.
Namiq HUN
tag: İtaliya, İnter, İspaniya, Klub, Səviyyə, todaypress.az,