Militao seçmə matçları buraxacaq

İdman

07.10.2024 11:55

Futbol üzrə Braziliya yığma komandası müdafiəçisini itirib.  

TodayPress xəbər verir ki, “Real”ın futbolçusu Eder Militao “pentakampionlar”a seçmə mərhələnin oktyabr oyunlarında kömək edə bilməyəcək. 

Buna 26 yaşlı futbolçunun zədələnməsi səbəb olub. 

Sol ayağından xəsarət alan Militao 2026-cı il dünya çempionatının Çili və Peru ilə keçiriləcək seçmə mərhələ matçlarını buraxacaq.

Qeyd edək ki, Eder Militao cari mövsümdə “Real”ın heyətində meydana çıxdığı 12 oyunda 1 qol vurub.

Namiq HUN

tag: Braziliya ,Real ,Eder Militao ,Zədə, Çili ,Peru ,todaypress.az,