Milikin bu dəfə də bəxti gətirmədi: Zədə onu Avro-2024-dən kənar qoydu
İdman
08.06.2024 11:53
Polşa millisinin hücumçusu Milik Ukrayna yığması ilə yoldaşlıq oyununda zədələnib. O, Avro-2024-ü buraxacaq.
TodayPress xəbər verir ki, bu barədə Polşa millisinin baş məşqçisi Mixal Probej bildirib:
“Ukrayna komandası ilə oyun yaxşı keçdi. Yaxşı başladıq, amma ikinci dəqiqədə Milikin zədələnməsi onun Avropa çempionatına getməyəcəyi anlamına gəldi”.
Qeyd edək ki, Milik Ruslan Malinovski ilə mübarizədə xəsarət alıb. Hücumçu zədə səbəbindən ardıcıl ikinci Avropa çempionatını buraxacaq. O, dizindəki zədə ilə bağlı Avro-2020-yə getməmişdi.
Milik son mövsüm “Yuventus”un heyətində 36 matçda 8 qol vurub və 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Milik, Avro 2024, Ruslan Malinovski, Yuventus, todaypress.az,