“Milan”ın rekordu qırıldı
Fransa Liqa 1-in XXIX turdan təxirə salınan “Nant” – PSJ matçı paytaxt klubu üçün əlamətdar olub.
TodayPress xəbər verir ki, PSJ (1:1) bir xal qazandığı səfər görüşündə yeni rekorda imza atıb.
Paris təmsilçisi rəqib meydanlarındakı çempionat matçlarında məğlubiyyətsizlik seriyasını 39 oyuna çatdirıb.
Göstərici “Böyük beşlik” liqaları üçün yeni rekorddur. Əvvəlki rekord A seriyasında 38 səfər matçında uduzmayan “Milan”a məxsus idi.
Qeyd edək ki, 1991-93-cü illəri əhatə edən seriya 32 ildən sonra qırıldı.
Namiq HUN
tag: Fransa,Liqa,PSJ,Nant,todaypress.az,