“Milan”ın futbolçusu əməliyyat olundu
“Milan” klubunun futbolçusu Kayl Uoker zədələnib.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçiyə dirsək sümüyünün sınığı diaqnozu qoyulub.
Məşqdə zədə alan ingiltərəli futbolçu dərhal əməliyyat olunub.
Kaylın əməliyyatı plan üzrə gedib.
O, dərhal reabilitasiyaya başlayacaq.
Qeyd edək ki, icarə əsasında “Milan”da çıxış edən Kayl Uoker ötən müddət ərzində 12 oyun keçirib.
Namiq HUN
tag: Milan,Futbolçu,Zədə,Əməliyyat,Todaypress.az,