“Milan”dan geridönüş, bu dəfə A Seriyasında
İdman
15.01.2025 09:47
Futbol üzrə İtaliya A Seriyasında XIX turdan təxirə salınan iki oyun keçirilib.
TodayPress xəbər verir ki, “Milan” əzmkar qələbə qazanıb.
Komo səfərində eyniadlı komanda ilə görüşdə məğlub vəziyyətə düşən milanlılar 70-ci dəqiqədən sonra iki dəfə fərqləniblər. “Milan” Teo Ernandes ve Rafael Leaonun vacib qolları ilə “Cuzeppe Siniqalya” stadionundan qalib ayrılıb 2:1.
“Yuventus” klubu yenə qələbə hesabını qoruya bilməyib. TuruFn təmsilçisi növbəti dəfə xalları yarıya bölüb. “Qoca Sinyora” Berqamoda “Atalanta” ilə qarşılaşmada mövsümdə 13-cü dəfə heç-heçə oynayıb 1:1.
Namiq HUN
tag: Milan,Futbol ,Rafael, Əzmkar, todaypress.az,