"Milan"da nə baş verir?

İdman

21.09.2024 10:55

İtaliya A Seriyasında "İnter"lə derbi ərəfəsində "Milan" klubunda xaos yaşanır. 

TodayPress xəbər verir ki, İtaliya nəhənginın düşərgəsində münaqişə baş verib. 

“Milan”ın baş məşqçisi Paulo Fonseka ilə klubun sahibinin müşaviri Zlatan İbrahimoviç arasında gərginlik hökm sürür. 

Tərəflər arasında ilk insident transfer çalışmaları zamanı olub. Yusuf Fofananın keçidindən sonra Fonseka onlar üçün transfer çalışmalarının bitdiyini söyləsə də, İbrahimoviç transfer pəncərəsinin nə vaxt bağlanacağına özünün qərar verəcəyini deyib.

İkinci insident isə Zlatanın “Torino” ilə açılış oyunu ərəfəsində və Çempionlar Liqasında “Liverpul”la oyundan əvvəl futbolçuları klubun bazasına toplayaraq baş məşqçi ilə münasibətlərinin necə olduğunu soruşması ilə bağlıdır. Fonsekanın bundan xoşu gəlməyib. 

Qeyd edək ki, “Milan” A Seriyasının 5-ci turunda "İnter"ə uduzacağı təqdirdə Paulo Fonsekanın istefaya göndəriləcəyi bildirilir. 

Namiq HUN

tag: Milan ,Zlata, Torino , Paulo Fonseka ,Zlatan İbrahimoviç ,todaypress.az,