“Milan”da ciddi itki
İdman
10.12.2024 10:40
“Milan” klubunun amerikalı futbolçusu Kristian Pulişiç zədə səbəbindən ilin sonuna qədər yaşıl meydanlara çıxa bilməyəcək.
TodayPress xəbər verir ki, ABŞ millisinin müdafiəçisi A Seriyasının XV turunun “Atalanta” ilə oyununda ayaq əzələsini zədələyib.
O, 2025-ci ilin yanvar ayında ümumi komanda ilə məşqlərə başlayacaq.
Qeyd edək ki, Pulişiç cari mövsümdə “Milan”ın heyətində 20 oyuna çıxıb və 8 qol vurub.
Namiq HUN
tag: ABŞ, Milli, Tur ,Seriya, todaypress.az,