"Milan" yarımmüdafiəçisi ilə müqavlənin müddətini uzatdı

İdman

16.03.2025 15:30

1322

İtaliyanın "Milan" klubu yarımmüdafiəçi Kristian Pulişiçlə müqavilənin müddətini uzadıb.

TodayPress xəbər verir ki, bu barədə insayder Fabritsio Romano bildirib.

26 yaşlı futbolçunun yeni müqaviləsinin müddəti 2029-cu ilə kimi nəzərdə tutulub. Həmçinin onun maaşı da artırılacaq.

Futbolçu bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 38 oyunda, 15 qol və 9 məhsuldar ötürmə müəllifi olub. Onunla klub arasında hazırkı müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Serxio Konseysaonun baş məşqçisi olduğu komanda hazırda İtaliya A Seriyasında 29 turdan sonra 47 xalla yeddinci yerdədir.

tag: İtaliya,Milan,Kristian Pulişiç,Fabritsio Romano,todaypress.az,