“Milan” səfərdə “Real Madrid”ə, “Liverpul” evdə “Bayer 04”ə qalib gəldi

İdman

06.11.2024 09:15

UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun oyunları keçirilir. 

TodayPress xəbər verir ki, ilk oyun gününün mərkəzi görüşü Madriddə olub.  “Real” “Santyaqo Bernabeu”da "Milan”la qarşılaşıb. 

Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Milan”ın heyətində  Malik Tşau, Alvaro Morata və Ticani Reynders hərəyə bir qol vurublar. “Real”da isə Vinisius Junior fərqlənib.  

Liverpulda eyniadlı komanda “Bayer 04”ü qəbul edib. “Liverpul” Almaniya çempionunu darmadağın edib 4:0. Luis Fernando Diasın het-trik etdiyi matçda Kodi Qakpo da “qırmızılar”ın böyükhesablı qələbəsində pay sahibi olub. 

Gözlənilməz nəticələrdən biri də Portuqaliyada qeydə alınıb. Lissabonda “Mançester Siti”ni qəbul edən “Sportinq” böyükhesablı qələbə qazanıb 4:1. Viktor Qyökeresin het-trik etdiyi matçda Maksimiliano Arauxo da rəqib torunu silkələyib. “Şəhərlilər”in heyətində Fil Foden fərqlənib. 

Turun digər görüşlərində PSV Niderlandda “Jirona”ya (4:0), “Dinamo Zaqreb” Slovakiyada “Slovan”a (4:1), “Seltik” Şotlandiyada “Leypsiq”ə (3:1), “Borussiya Dortmund” Almaniyada “Şturm”a (1:0), “Monako” İtaliyada “Bolonya”ya (1:0) qalib gəlib. 

Təkcə Fransada baş tutan “Lill” – “Yuventus” matçında qalib müəyyənləşməyib 1:1. 

Namiq HUN

tag: Real, Milan, Fransa, Liverpul, todaypress.az,