"Milan" Santyaqo Ximeneslə anlaşdı
İdman
01.02.2025 18:40
“Milan” klubu hücum xəttini gücləndirir.
TodayPress xəbər verir ki, A Seriyası təmsilçisi Santyaqo Ximenesi heyətinə qatmaq istəyir.
Niderlandın “Feyenoord” klubu 23 yaşlı mərkəz hücumçunun transferinə razılıq verib.
“Milan” meksikalı futbolçu üçün 35 milyon avrodan bir qədər çox vəsait ödəyəcək.
Qeyd edək ki, Santyaqo Ximenes cari mövsümdə 19 matçda 16 qol vurub və 3 assistə imza atıb.
Namiq HUN
tag: Klub,Milan,Hücum,Santyaqo Ximenes,Todaypress.az,