“Milan” Reşford planını işə saldı

İdman

08.01.2025 13:40

“Milan” klubu hücumçu Markus Reşford üçün “Mançester Yunayted”ə təklif göndərib.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi ingiltərəli futbolçunu qış fasiləsində heyətinə qatmağı qarşısına məqsəd qoyub. 

“Milan” artıq “Mançester Yunayted”ə futbolçunu satınalma hüququ da daxil olmaqla icarəyə götürməyi təklif edib. 

27 yaşlı futbolçu ilə Almaniyanın “Borussiya Dortmund” klubu da maraqlanır.

Qeyd edək ki, Markus Reşfordun Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Namiq HUN

tag: Almaniya, futbol, Təmsilçi, İngiltərə, todaypress.az,