“Milan” müdafiəçisi ilə müqaviləyə xitam verdi
İdman
22.01.2025 10:54
“Milan” klubu futbolçu Fode Ballo-Ture ilə yollarını ayırıb.
TodayPress klubun rəsmi saytına istinadla xəbər verir ki, seneqallı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
28 yaşlı futbolçu 2024-ci ilin iyul ayından Milan təmsilçisinin əvəzedici komandasında cəmi 3 oyuna çıxıb.
Ötən mövsümün sonunda “Fulhem”də icarədən qayıdan Fode Ballo-Ture 2021-ci ildə “Monako”dan “Milan”a transfer olunub.
Namiq HUN
tag: Klub,Futbolçu,Milan,Fode Ballo-Ture,Todaypress.az,