“Milan” Moratanı rənglərinə qatdı

İdman

19.07.2024 17:05

İtaliyanın "Milan" klubu "Atletiko Madrid"in hücumçusu Alvaro Moratanı transfer edib.

TodayPress xəbər verir ki, İspaniya millisinin kapitanı "rossonerilər"lə "4+1" illik müqavilə imzalayıb. 

Alvaro yeni klubunda 7 nömrəli formada top qovacaq. 

Qeyd edək ki, 31 yaşlı futbolçu karyerası ərzində "Real Madrid", "Yuventus" və  "Çelsi" klublarınında da çıxış edib. 

A.Morata ötən mövsüm meydana çıxdığı 48 matçda 21 qol vurub. 

Forvard həmçinin Almaniyada keçirilən Avropa çempionatında 1 qolla yadda qalıb. Ümumilikdə isə o, İspaniya millisində keçirdiyi 80 oyunda 36 qol vurub.

Namiq HUN

tag: Milan, Forvard, Almaniya, Avropa, İspaniya, todaypress.az,