“Milan” Menyanla gələcək əməkdaşlığı razılaşdırdı
“Milan” futbol klubu qapıçısı Mayk Menyanla anlaşıb.
TodayPress xəbər verir ki, fransalı qolkiper tezliklə 2028-ci ilə qədər qüvvədə olacaq yeni müqavilə imzalamalıdır.
Tərəflər gələcək əməkdaşlıq şərtlərini razılaşdırıblar. Yeni müqaviləyə əsasən, Menyan ildə 6 milyon avro qazanacaq.
Qeyd edək ki, 29 yaşlı qolkiper “Milan”a 2021-ci ilin yayında Fransanın “Lill” klubundan keçib.
Namiq HUN
tag: Milan, Futbol ,Fransa ,Menyan ,Lill Klubu ,todaypress.az,